AZ

70 min nəfərin maaşı artırılacaq

Əməkhaqqısını diffensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq.

Publika.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Növbəti həftə keçiriləcək sertifikasiya imtahanlarda təxminən 22 min nəfər təhsilverənin iştirakı nəzərdə tutulur.

Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Proses müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Çünki keyfiyyətli müəllim və keyfiyyətli təhsil anlayışları bir-biri ilə vəhdət təşkil edir.

Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var. Keyfiyyətli təhsil isə keyfiyyətli müəllim deməkdir. Sertifikatlaşdırma bu tələbi ödəyir.

Seçilən
49
16
publika.az

10Mənbələr