AZ

QƏRBİ AZƏRBAYCAN İCMASI HAMIMIZIN EVİDİR!

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Etibar Əliyev,

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru

Böyük alman yazıçısı Herman Hesse “Muncuq oyunu” əsərində XX əsr üçün aktual olan sual ortaya qoyur: mədəniyyətin, biliyin, ruhun heç olmasa bircə məkanda təmizliyi və toxunulmazlığı qorunub saxlanıla bilərmi? Harada isə ləkələnməmiş intellektual mənəviyyat, vicdanlılıq, düzlük mövcud ola bilərmi? Hessenin sualları XXI əsr üçün də aktualdır.

Qərbi Azərbaycandan 3 dəfə deportasiyaya məruz qalmışıq. Dədə-baba torpaqlarımızdan didərgin düşmüşük. İnsanlar görünməmiş əzablara düçar olublar. Qayıtmaq istəyirik. Bunun ideoloji əsasları işlənilir, bu istiqamətdə yeni maarifçilik dalğası başlayıb. Beynəlxalq sahədə vacib işlər görülür. Qərbi Azərbaycan İcması təkcə Qərbi Azərbaycanlıların deyil, xalqımızın evidir, milli identikliyimizin simvoludur. Qayıdışın fəlsəfəsini əlimizdə olan təkzibolunmaz sənədlər təşkil edir. Passionarlığımız sönməyib. Böyük yaddaşın dirçəlişini də bura əlavə etsəm, yanılmaram. Biz mədəniyyətin, ruhun, biliyin təmizliyi və toxunulmazlığını İcmada qorumalıyıq. İcmada ləkələnməmiş intellektual mənəviyyat, vicdanlılıq və düzlük bərqərar olunmalıdır. Bu dəyərləri qoruyub saxlayan nüfuzlu ziyalılarımız var.

Professor Mahirə Nağıqızının təmənnasız xidməti, geniş erudisiyası, misilsiz vətənpərvərliyi, yorulmaz fəaliyyəti nümunə olmalıdır. Təmənnasız çalışan alimlərimizdən professor Fərrux Rüstəmovun, professor İbrahim Bayramovun, iqtisad elmləri doktoru Vahid Novruzovun, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədlinin yorulmaz əməyi xüsusi qeyd olunmalıdır. Qeyd edim ki, İcmanın rəhbəri, millət vəkili Əziz Ələkbərli qəbul olunan şəxsiyyətdir.

“Qərbi Azərbaycan İcması” müqəddəs missiyasının daşıyıcısı olduğundan bu evdə konfliktlər yolverilməzdir. Bu təsisatdan heç kim gələcəkdə karyera qurmaq barədə düşünməməli, yaxud malik olduğu karyeranı qorumaq üçün sui-istifadə etməməlidir və edə də bilməz, çünki saf niyyətli insanlar buna imkan verməzlər.

Müxtəlif tədbirlərə dəvətlərdə ayrıseçkilik açıq şəkildə hiss olunur. Lakin bunu dərd etmək olmaz. Cılız adamlar hər zaman özləri ilə döyüşürlər.

Son dövrdə İcma haqqında xoşəgəlməz, bəzən sifarişli yazıların mətbuatda yer alması narahatedicidir. Kimlərin adı çirkin işlərdə hallandırılırsa, onlar sakitcə İcmanı tərk etməlidir. Çünki görülən fundamental işlərə xələl gətirmək ən azı vicdansızlıqdır. Böyük vəzifələr daşıyan kuratorlar isə bir masa arxasında oturub fikir ayrılğını müzakirə etməlidir.

Mən Elm və Təhsil Nazirliyinin feminist təşkilat olan “Yuva”ya milyonlarla manat vəsait ayırması barədə faktları yazdım. Lakin üzdə olan QHT “müdrik”lərinin heç birinin səsi çıxmadı. “Qərbi Azərbaycan İcması”nın zəif bənd olmasını hesab edənlər yanılırlar. Və məhz qrant layihələrinə görə bu substansional təkilatı nüfuzdan salmaq doğru deyil.

Bütün dövrlərdə ideya həmişə şəxslərdən üstün olub. İdeya yaşayır, şəxslər isə zaman-zaman dünyasını dəyişir.

BİZ QAYIDACAĞIQ!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
azpolitika.info

1Mənbələr