AZ

Avrasiyanın yeni logistik xəritəsini cızan Bakı və Ankara: Qurtuluşdan Şuşa Bəyannaməsinə gedilən yol

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Azərbaycanla Türkiyə arasında  2021-ci il 15 iyun tarixində - xalqımızın Milli Qurtuluş Günündə Şuşada Müttəfiqlik Bəyannaməsi imzalanmasının böyük rəmzi mənası var. Çünki  belə bir mühüm sənədin imzalanmasınadək gedən yolun başlanğıcı 15 iyun 1993-cü ildə Ulu öndər Heydər Əliyevin  Azərbaycanı siyasi xəritədən yoxolma təhlükəsindən xilas etdiyi gündən başlayır.  Məhz Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə Azərbaycanı üzləşdiyi təhlükələrədn xilas edərək  müstəqilliyinin dönməzliyini və davamlı inkişafını təmin etdi. Azərbaycanın bugünkü qələbələrinin, uğurlarının  əsası məhz Ulu öndər tərəfindən qoyulub.  Müasir Azərbaycan dövlətçilyinin  memarı Ulu öndər Heydər Əliyevin müyyən etdiyi cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirməklə Azərbaycan dövlətini, xalqını dünyanın qalib dövləti və xalqına çevirib.  Şuşa  Bəyannaməsi də bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və onun  siyasi irsinin layiqli davamçısı cənab İlham Əliyev  tərəfindən yürüdülən  uğurlu siyasət nəticəsi olaraq müstəqilliyimizin əbədiliyinin, sarsılmazlığının, tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatının və beynəlxalq səviyyədə qəbulunun nümayişi idi”.Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycanın müstəqilliyi tarixində iki qardaş ölkə arasında imzalanan, hərbi və siyasi təhlükəsizlik məsələlərini özündə ehtiva edən ilk rəsmi sənəd olmaqla yanaşı, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını yeni bir mərhələsi idi: “Bu sənəd təkcə iki ölkə arasında əlaqələrin müttəfiqlik səviyyəsinə qalxmasına deyil, deyil, Cənubi Qafqazda, Mərkəzi Asiya, Türk dünyası, Yaxın Şərq və daha geniş coğrafiyada sülhə, sabitliyə, təhlükəsizliyə və sıx əməkdaşlığa xidmət edən mühüm bir sənəddir. Artıq sənəddə əksini tapan müddəalar öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, iki qardaş ölkə yeni dünya düzənində daha ciddi oyunçu qismində çıxış etməklə regional və qlobal proseslərə yön verməkdədirlər.Artıq Bakı və Ankara Avrasiyanın  gələcək yeni  logistik xəritəsini müəyyən edən ölkələrə və  bu məsələdə qovşaq ölkələrə çevriliblər.  Bu gün Avrasiya coğrafiyasında   demək olar ki, bütün logistik xətlər ancaq Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşır. Azərbaycansız və Türkiyəsiz bunları  təsəvvür  etmək belə mümkün deyil.

 Bütün bunlar nəticə etibarı ilə Azərbaycanın qarşısında duran hədəflərə nail olmağa, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə yekunlaşacaq. 

Belə ki, Bəyannamədə xüsusi vurğulanan Zəngəzur dəhlizinin açılması iqtisadi, ticarət, nəqliyyat  sahəsinin inkişafında mühüm rol oynayacaq. Bu dəhlizin açılması isə Şərqlə Qərb arasında ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, ölkələrimizin  sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, təhlükəsisliyinin daha etibarlı şəkildə təmin olunmasına səbəb olacaq”.Mürtəza

Ölkə.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
2
olke.az

3Mənbələr