AZ

İngiltərə nəhəngi Osimhenlə danışıqları bərpa etdi

“Napoli”nin hücumçusu Viktor Osimhen transfer məsələsində “Əl-Hilal” ilə razılığa gələ bilməyib və “Mançester Yunayted”lə danışıqları bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda tərəflər bir neçə həftə əvvəl danışıqlar aparılan zaman müzakirə etdikləri şərtləri müzakirə edirlər: nigeriyalı futbolçuya illik 12 milyon avro maaş, həmçinin “Napoli”yə 75 milyon avro məbləğində təzminat.

Ötən mövsüm forvard icarə əsasında “Qalatasaray”da çıxış edib. O, bütün turnirlərdə 41 oyun keçirib, 37 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
49
publika.az

1Mənbələr