Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 14 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin final mərhələsi keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mayın 10-dan başlanan minifutbol çempionatında nazirliyin əməkdaşlarından ibarət ümumilikdə 12 komanda mübarizə aparıb.
Üçüncü yer uğrunda nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Dövlət Sosial Müdafiə Fondunun komandaları mübarizə aparıb. Həmin görüşdə Dövlət Sosial Müdafiə Fondunun komandası qalib gələrək çempionatda 3-cü yeri tutub.
Final görüşündə nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin və Sosial Xidmətlər Agentliyinin komandaları mübarizə aparıblar. Gərgin mübarizə şəraitində keçən oyunun əsas hissəsinda hesabb açılmayıb. Penaltilər seriyasında Dövlət Məşğulluq Agentliyinin komandası qalib gələrək minifutbol çempionatının qalibi olub.
Final oyunlarını idarə edən hakimlərə və turnirin ən məhsuldar oyunçusuna diplomlar, çempion komandaya kubok, diplom və medallar, II və III yeri tutmuş komandalara diplom və medallar təqdim edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.