AZ

Hakim   Ədalət və İnkişaf Partiyasının üvləri Bakıda -FOTOLAR

Türkiyənin hakim   Ədalət və İnkişaf Partiyasının üzvləri , sədr müavini Efkan Alanın rəhbərliyi ilə Azərbaycana səfər edib. Partiyanın üzvləri  Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik əlaqələrini tənzimləyən Şuşa Bəyannaməsinin 4-cü ildönümü tədbirləri çərçivəsində Azərbaycanda olan Ala və onu müşayiət edən nümayəndə heyəti əvvəlcə mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və baş katibi Tahir Budaqovun müşayiəti ilə Ala və nümayəndə heyəti daha sonra 20 Yanvar şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanını və Qafqaz İslam Ordusu şəhidlərinin rəmzi qəbirlərinin yerləşdiyi Bakı Türk Şəhidliyini ziyarət ediblər.
Ziyarətdə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstəlin də iştirak edib.

Heyətdə Ala ilə yanaşı,hakim   Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Zafer Sırakaya və

Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Şamil Ayrım da yer alıb. Heyət sabah Şuşa Bəyannaməsinin 4-cü ildönümü ilə bağlı keçiriləcək tədbirə qatılacaq.

 

Seçilən
25
2
moderator.az

3Mənbələr