AZ

“Nəzakət xanımla məni toya dəvət edib, “Leyli və Məcnun”-dan parçalar oxumağımızı istədilər” - ÖZƏL+FOTO

Milli adət ən-ənələr hər bir xalqın mənəviyyatından, irsindən xəbər verir. Azərbaycanın toy adətləri zəngindir, milli kökə bağlılığı isə çoxdur. Toy-nişan adətlərimiz, milli rəqslərimizlə başqa xalqlardan hər zaman fərqlənmişik. Əlbəttə ki, zaman keçdikcə bir çox adətlər istəsək də, istəməsək də unudulur. Məsələn o vaxt “Vağzalı” çalınmasaydı qız ata evindən gələcək həyat yoldaşının evinə gəlin köçə bilməzdi. Bu gün bu mahnını əksər hallarda əcnəbi ifalar, ələxsus da “Menderson” marşı əvəz edir. Əlbəttə ki, adətlər gözəldir. Amma yerli-yerində...
 
Xalq artisti Mənsum İbrahimov Moderator.az-a açıqlamasında müasir toylarda ifa olunan mahnılardan danışıb.
“Çox təəssüf ki, bu günləri toylarımızın ahəngi çox dəyişib, yad musiqilər, bayağı, məzmunsuz musiqilər çox ayaq açıb. Öz ölkəmizə adi olmayan mahnıları götürüb, bəstələyib oxuyurlar. Bu yaxşı yerə getmir. Çünki gənclərimiz var, onların zövqləri korlanır” deyə xanəndə bildirib.
 
Xalq artisti illərdir oynadığı “Leyli və Məcnun” tamaşasını ondan toylarda da istədiklərini bildirib. 
 
“Belə hadisələr çox olub. Bir neçə dəfə olub ki, Nəzakət xanımla məni toya dəvət edib və xahiş ediblər ki, tamaşadan parçalar oxuyaq. Biz “Leyli və Məcnun”-dan parçalar oxumuşuq. Toylar bizim böyük sənətkarların həmişə başda əyləşdiyi məclislər olub. Cabbar, Seyid, Xan, Arif Babayev, Yaqub Məmmədov kimi toylarda olublar. Toy böyük meydandır. İnsan gedib öz övladının toyunda həmin sənətkarları görmək istəyir. Bu gün də biz toylara gedirik, amma çox  az halda, tələb olunduğumuz qədər, toyun açılışında, yarım saat, 20 dəqiqə kamança, tarla ifa edirik. Biz ancaq muğam oxumuruq ki. Xeyir dua veririk, o qədər gözəl xalq, bəstəkar mahnılarımız var ki.. Çox da gözəl qarşılanır. qədər gözəl olub. Tamaşaçı belə şeylərə acdır. Nə varsa bu özümüzündür, kənardan gətirməmişik ki” deyə sənətkar bildirib.
Seçilən
23
moderator.az

1Mənbələr