AZ

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc edilib

Ukraynanın “Kyiv Diplomatic” saytında 15 İyun - Milli Qurtuluş Günü və Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş məqalə yerləşdirilib.

"Cebheinfo.az" xəbər verir ki, məqalənin müəllifləri həmvətənlərimiz - hüquq elmləri doktoru, professor, diplomat, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyev və Boqdan Xmelnitski adına Melitopol Dövlət Pedaqoji Universitetinin aspirantı Qara Həsənovdur.

Məqalədə Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrin Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilir. Bildirilir ki, bu dahi, müdrik və qətiyyətli insanın liderliyi olmasaydı, gənc dövlətin taleyini təsəvvür etmək çətin olardı.

“1993-cü ildə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə Azərbaycanda həyatın bütün sahələrində kəskin dönüş baş verdi. Respublikada ictimai-siyasi sabitlik bərqərar edildi, parçalanma və dövlət çevrilişi təhlükəsi aradan qalxdı, ən əsası, Heydər Əliyev milli həmrəyliyə nail olmaqla öz doğma xalqını vahid ideologiya ətrafında birləşdirə, sabaha inam hissi aşılaya bildi. Heydər Əliyevin müstəqil və sabit dövlət quruculuğu istiqamətində atdığı addımlar sayəsində Azərbaycanın milli maraqlarının keşiyində durmağa qadir olan Milli Ordu yaradıldı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün əlindən gələni əsirgəmirdi”, - deyə məqalədə qeyd olunur.

Müəlliflər daha sonra yazır:

“Ümummilli Lider Heydər Əliyev siyasi kursda davamlılığın möhkəm əsasını qoydu. Heydər Əliyevin dövlət quruculuğu və iqtisadi dirçəliş sahəsində gərgin əməyi nəticəsində Azərbaycan Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına daxil olub. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib”.

"Cebheinfo.az"

Seçilən
4
3
cebheinfo.az

4Mənbələr