AZ

İsrail elan etdi: İrana qarşı əməliyyat…

Axar.az saytına istinadən ain.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Təl-Əvivin İranın nüvə proqramına qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşdığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisinin müşaviri Dmitri Gendelman özünün Teleqram kanalında məlumat yayıb.

“ÇAXAL İran rejiminin davam edən təcavüzünə cavab olaraq, İran ərazisində nüvə proqramına qarşı əməliyyatı genişləndirir”, - Gendelman bildirib.

O əlavə edib ki, İsrail ballistik raket buraxılış məntəqələri, hərbi bazalar və strateji infrastruktur da daxil olmaqla, onlarla əsas hədəfi vurur.

Qeyd edək ki, İsrail 13 iyundan İranın nüvə və hərbi obyektlərinə zərbələrə başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
3
axar.az

4Mənbələr