AZ

Duda İran İsrail gərginliyinə görə Sinqapurda qaldı

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Polşa Prezidenti Andjey Duda Yaxın Şərqdəki gərginliyə görə Sinqapurda qalmalı olub.

Axar.az xəbər verir ki, Dudanın Sinqapurdan rəsmi səfərdən qayıdacağı reys marşrutun dəyişdirilməsi zərurəti ilə əlaqədar ertələnib.

Əvvəlcə Polşa prezidentinin təyyarəsinin cümə günü axşam uçacağı planlaşdırılırdı. Bununla belə, Prezident Aparatı Yaxın Şərqdəki vəziyyət və marşrutun dəyişdirilməsi zərurəti ilə əlaqədar uçuşun daha uzun müddətə təxirə salındığını bildirib.

Nəşr qeyd edir ki, artıq alternativ marşrut müəyyən edilib və Dudanın olduğu təyyarə yaxın saatlarda yola düşməlidir.

Duda bazar ertəsindən Cənub-Şərqi Asiyadadır. Prezident ailəsi ilə Malayziya və Sinqapurda olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
5
axar.az

9Mənbələr