AZ

Rusiya XİN-dən Azərbaycana təşəkkür

Rusiya Xarici İşlər Nazirliyi (XİN) İsrailin hücumları fonunda rusiyalıların İrandan geri qaytarılmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.

Hurriyyet.az xəbər verir ki, nazirliyinin bəyanatında deyilir: 

“Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsinə, qrupun mehmanxanada yerləşdirilməsinə və vətəndaşlarımızın Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”.

Rusiya XİN-in məlumatına görə, iyunun 14-nə keçən gecə bu ölkənin Tehran və Bakıdakı səfirliklərinin iştirakı ilə, 86 nəfərdən (ikisi uşaq olmaqla) ibarət birinci qrup Astara avtomobil buraxılış məntəqəsi vasitəsilə İran və Azərbaycan dövlət sərhədinin quru hissəsini keçib:

“Söhbət rusiyalı rejissor Fyodor Bondarçukun çəkiliş qrupundan gedir. Qrupda Rusiya vətəndaşlarından başqa Belarus, Latviya, Serbiya, Özbəkistan və Tacikistan vətəndaşları da olub”.

Yenisabah.az

Seçilən
36
19
hurriyyet.az

10Mənbələr