AZ

Ölkə ərazisində qeydiyyatda olan tarix mədəniyyət abidələrinin vahid pasportu olacaq

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Respublikasında dövlət mühafizəsinə götürülən daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılması sahəsində yeni vahid qaydalar və pasport forması təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bu dəyişiklik “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna edilən dəyişikliklər əsasında həyata keçirilib və Milli Məclis tərəfindən qəbul olunub.

Qeyd edək ki, indiyədək ölkə ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin pasportları müxtəlif dövlət qurumları – Mədəniyyət Nazirliyi, Turizm Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi tərəfindən fərqli forma və qaydalarda hazırlanırdı. Bu isə abidələrin qeydiyyatı və qorunması prosesində bəzi uyğunsuzluqlara səbəb olurdu. Yeni dəyişiklik bu sahədə vahid yanaşmanı təmin edəcək.

Qanunvericiliyə edilən dəyişikliklər nəticəsində daşınmaz mədəni irs nümunələrinin vahid formada pasportlaşdırılması, abidə pasportunun nümunəvi formasının müəyyən olunması və pasportlaşdırma üzrə ölkə miqyasında elektron məlumat bazasının yaradılması üçün hüquqi baza formalaşıb. Bu addım mədəni irsin daha səmərəli qorunmasına və idarə olunmasına xidmət edəcək.

 

Seçilən
21
azertag.az

1Mənbələr