İran ABŞ, Fransa və Britaniyaya İsrailə qarşı daha geniş zərbələr endirməyə hazırlaşdığı barədə rəsmi xəbərdarlıq edib.
AzPost bildirir ki, bu barədə Mehr agentliyi mötəbər mənbəyə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, Tehran bəyan edib ki, bu ölkələrin Yaxın Şərqdəki istənilən obyekti İsraili dəstəkləyəcəkləri təqdirdə hədəfə çevriləcək.
ABŞ, Fransa və Britaniya bayraqları ilə üzən gəmilər də vurula bilər.