AZ

“Fənərbaxça” “Mançester Siti”nin müdafiəçisini istəyir

“Fənərbaxça” müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Msport.az xəbər verir ki, Super Liqa nəhənginin əsas hədəfi “Mançester Siti”yə məxsus olan Kayl Uolkerdir.

“Fənərbaxça” rəhbərliyi “Mançester Siti”nin növbəti mövsüm üçün heyətdə düşünmədiyi 35 yaşlı sağ cinah müdafiəçisi ilə ilkin təmaslara başlayıb. İstanbul təmsilçisi ingiltərəli futbolçuya 1+1 illik müqavilə təklif edib. Uolker isə 2 illik müqavilə istəyir. “Fənərbaxça”nın təcrübəli oyunçuya vermək istədiyi illik maaş 5 milyon avrodur.

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü olan Kayl Uolker ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirib.

Seçilən
16
2
msport.az

3Mənbələr