Amerikalı alimlər Rutgers Universitetindən gözlənilməz bir hipotez irəli sürüblər: kofein körpələrdə qəfil ölüm sindromu (SIDS) riskini azalda bilər. SIDS — 1-12 aylıq körpələr arasında ölümün əsas səbəblərindən biridir. ABŞ-da hər il 1500-dən çox körpə bu sindromdan dünyasını dəyişir və son 25 ildə bu göstərici demək olar ki, dəyişməyib.
Viral.az bununla bağlı maraqlı məlumatları sizə təqdim edir:
Kofeinin müdafiə rolu:
Son Yazılar:
- Ananın içdiyi bir fincan qəhvə körpəni xilas edə BİLƏR
- İsrailin İrana qarşı zərbələri onun üçün daha ciddi təhdidlərlə NƏTİCƏLƏNƏCƏK
- Kürdəmirdə ağır yol qəzası OLDU
Alimlər müəyyən ediblər ki, SIDS-in risk faktorlarının əksəriyyəti körpənin qanında oksigen səviyyəsinin qısa müddətə 80%-dən aşağı düşməsi — periodik hipoksiya ilə bağlıdır. Oksigenin bu cür azalması beyində nəfəsalma və oyanma mexanizmlərinə təsir edən hissələrin fəaliyyətini poza bilər. Məlumdur ki, kofein artıq uzun illərdir vaxtından əvvəl doğulmuş körpələrdə apnoe (nəfəs dayanması) probleminin müalicəsində istifadə olunur. Kofein onların daha rahat nəfəs almasına və oyanmasına kömək edir. Həmçinin, kofein beyində serotoninə təsir göstərir — bu sistem də oksigen çatışmazlığı zamanı bədənin reaksiyalarında rol oynayır. Heyvanlar üzərində aparılan tədqiqatlarda kofein boğulmadan sonra ciddi tənəffüs problemlərinin riskini azaldıb və beyində ağ maddənin inkişafına müsbət təsir edib. Ağ maddənin sağlam inkişafı isə körpənin ümumi inkişafı üçün vacibdir.
Kofeinin körpələrdə qalma müddəti:
Körpələr kofeini böyüklərlə müqayisədə çox daha yavaş metabolizə edirlər. Böyüklərdə kofein 4-6 saata bədəndən çıxsa da, körpələrdə bu proses 100 saata qədər davam edə bilər. Beləliklə, hamiləlik dövründə və ya ana südü vasitəsilə körpənin bədəninə daxil olan kofein onu ilk həftələrdə qorumağa davam edə bilər. Statistikaya görə, ABŞ-da hamilə qadınların təxminən 68-74%-i kofein qəbul edir. Ana südündə kofeinin miqdarı ananın qanındakı səviyyənin təxminən 80%-nə qədər çata bilər. Hətta analar gündə 750 mq kofein qəbul etdikdə, uşağın orqanizmində kofeinin izləri analar kofeini dayandırdıqdan 9 gün sonra belə qalır.
Vacib xəbərdarlıq:
Alimlər qeyd edirlər ki, bu nəzəriyyə hələ tam təsdiqlənməyib və qidalanma vərdişlərini dəyişmək üçün əsas deyil. Həddindən artıq kofein qəbul etmək, xüsusən qəfil dayandırıldıqda, əks təsir göstərə bilər. Dozanın tədricən azaldılması daha təhlükəsiz hesab olunur. Kofein təhlükəsiz yuxu qaydalarının alternativi deyil: körpə arxası üstə, sərt və bərabər yataq səthində, yastıq və yumşaq yorğansız yatmalıdır.
Gələcək tədqiqatlar:
Rutgers Universitetinin komandası indi araşdırmaların növbəti mərhələsinə keçmək istəyir. Onlar SIDS-dən və digər səbəblərdən dünyasını dəyişmiş körpələrin kofein səviyyələrini müqayisə etməyi planlaşdırırlar. Bu tədqiqatlar kofeinin həqiqətən qoruyucu təsiri olub-olmadığını müəyyən etməyə kömək edə bilər (lent.az).