İsrailin müdafiə naziri İsrail Katz İran Ali Rəhbəri Əli Xameneiyə xəbərdarlıq edib.

Leqal.info xəbər verir ki, bunu Katz IDF Baş Qərargah rəisi general-leytenant Eyal Zamir, Mossad direktoru David Barnea və digər yüksək səviyyəli hərbi rəsmilərlə görüşdə deyib.

İsrail müdafiə naziri bildirib ki, “əgər İsrailə raketlər atılmağa davam edərsə, Tehran yanacaq”.

O bildirib ki, “Xamenei İran vətəndaşlarını girova çevirir və onların İsrail mülki şəxslərinə qarşı cinayət hücumunun ağır bədəlini ödəyəcəkləri bir reallıq yaradır”.

Leqal.info