AZ

Hikmət Hacıyev: Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı konkret addım gözləyir

Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı konkret addım atmağı gözləyir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

"Azərbaycan əraziləri işğal altında olduğu dövrdə biz əlaqələrin qurulmasını münaqişənin həlli prosesinin tərkib hissəsi kimi müzakirə edirdik. İndi isə münaqişə tam şəkildə həll olunub. Biz regionda tam təhlükəsizlik və sabitliyi təmin etmişik. Ermənistan da regional dialoqun və əsas nəqliyyat xətlərinin ayrılmaz hissəsi ola bilər. Hazırda Ermənistanla bu istiqamətdə danışıqlar davam edir. Biz regionda kimsənin təcrid olunmasına və ya marginalizasiya edilməsinə yol vermirik, lakin eyni zamanda Ermənistandan da müəyyən öhdəlik və addımlar gözləyirik",- o qeyd edib.


Seçilən
13
1
azia.az

2Mənbələr