İsrailin İranın cənub-qərbində yerləşən Şəhid Çamran şəhərinə endirdiyi zərbə nəticəsində 60 nəfər ölüb.
Far.Az xəbər verir ki, bu barədə "NoorNews" nəşri məlumat yayıb.
"İsrailin endirdiyi zərbədən sonra İranın cənub-qərbindəki Şəhid Çamran şəhərində bina uçub, 60 sakin, o cümlədən 20 uşaq həlak olub. Həlak olanlardan 10-nun cəsədi dağıntılar altında qalıb", - məlumatda deyilir.