AZ

Təbriz bombardman edildi - FOTO

Təbriz şəhərində yerləşən neft emalı zavodu İsrail Hərbi Hava Qüvvələri tərəfindən hədəfə alınıb.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Təbrizdə yerli neft emalı zavodunun yaxınlığına zərbələr endirilib”, - məlumatda deyilir.

Müəssisə rəhbərliyi hücumlardan sonra verdiyi açıqlamada zavoda heç bir ziyanının dəymədiyini bəyan edib.

Məlumata görə, İsrail indiyədək İranda 400-dən çox hədəfə hücum edib və Natanz və İsfahanda nüvə obyektlərinə əhəmiyyətli zərbələr vurub. Fordo nüvə obyektinə qismən ziyan dəyib. İsfahanda zənginləşdirilmiş uran üçün infrastruktur məhv edilib.


Seçilən
29
1
news24.az

2Mənbələr