AZ

Sabah hava necə olacaq? - Proqnoz

İyunun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Mia.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər saatlarından başlayaraq arabir güclənəcək. Havanın temperaturu gecə 20-22° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Seçilən
53
49
mia.az

10Mənbələr