AZ

"Heç kim yeni bir Orta Dəhliz qurmaq fikrinə düşməməlidir" - Hikmət Hacıyev

"Azərbaycan özünü Orta Dəhlizin iki mühüm iqtisadi güc mərkəzi - Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəf kimi görür".

Mia.az xəbər verir ki, bu sözləri rezidentin köməkçisi  Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı və Çin arasında illik ticarət dövriyyəsinin həcmi 700 milyard avrodan çoxdur: “Onlar rəqabət apara bilərlər, lakin biz rəqabəti deyil, onların əməkdaşlıq perspektivini görürük. Kəmər və Yol Təşəbbüsü, həmçinin Avropa İttifaqının “Global Gateway” təşəbbüsləri ilə bağlı bizim görüşümüzün nədən ibarət olduğuna gəldikdə isə, açığı, bunun bizim regionumuza tətbiq edilə biləcəyini anlamaqda çətinlik çəkirəm. Ancaq biz iki konsepsiya arasında daha çox sinerji görürük, daha çox əməkdaşlıq və birgə fəaliyyət görmək istəyirik. Bununla belə, biz öz planlarımızı icra edirik. Avropa İttifaqındakı dostlarımızla müzakirələrdə başqa bir məsələyə toxunmaq istəyirəm ki, kimsə bizdən ötrü yeni Orta Dəhliz qurmağın zəruriliyi təəssüratına qapılmamalıdır. Orta Dəhliz artıq mövcuddur və fəaliyyətdədir. Azərbaycan və tərəfdaşları ona sərmayə qoyur. Başqa tərəfdaşlarımız da gəlib ona qoşula və faydalana bilərlər”.

H.Hacəyev daha sonra bildirib ki, Azərbaycan özünü regiondakı ticarətin yeni dinamikasına hazırlayır: "Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə sərmayə qoyub və yük daşıma qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün yaxın zamanda əlavə sərmayə yatırıb Bununla yanaşı, Bakı limanlarının imkanlarını genişləndirmək üçün də əlavə sərmayə qoyuruq. Yəni biz özümüzü regiondakı ticarətin yeni dinamikasına hazırlayırıq”.

MİA.AZ

Seçilən
19
12
mia.az

10Mənbələr