AZ

Prezidentin köməkçisi: Azərbaycan regiondakı yeni ticarət dinamikasına uyğunlaşır

BAKI, 14 iyun. TELEQRAF
Azərbaycan regiondakı ticarət sahəsində yaranan yeni dinamikaya uyğunlaşmaq üçün genişmiqyaslı hazırlıqlar həyata keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Prezidentin köməkçisi bildirib ki, ölkəmiz Bakı-Tbilisi-Qars dəmiryolunun inşasına ciddi sərmayələr yatıraraq, bu nəqliyyat dəhlizinin yükdaşıma gücünü əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
"Hazırda bu dəmiryolunun yükdaşıma qabiliyyəti 1 milyon ton civarındadır, lakin yaxın gələcəkdə əlavə investisiyalar sayəsində bu rəqəmin 5 milyon tona çatdırılması planlaşdırılır.
Bununla yanaşı, Azərbaycan Bakı limanlarının imkanlarını genişləndirmək və onların texniki infrastrukturunu təkmilləşdirmək üçün də əlavə vəsait ayırır. Limanların inkişafı ölkəmizin regional və beynəlxalq ticarət əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır".
Seçilən
14
teleqraf.com

1Mənbələr