AZ

ABŞ İsraili müdafiə edəcək - Tramp

ABŞ lideri Donald Tramp İranın cavab zərbələri zamanı İsraili müdafiə edəcəklərini bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Fox News"un jurnalisti Cennifer Qriffin özünün "X" hesabında bildirib.

 

Qeyd edək ki, jurnalist bir müddət əvvəl Trampdan müsahibə götürüb. 


Jurnalist bildirib ki, hazırda CENTCOM (ABŞ Mərkəzi Komandanlığı) yüksək hazırlıq vəziyyətindədir, ABŞ özünü və İsraili müdafiə edəcək:

 

“Tramp administrasiyası ən azı bir əsas Yaxın Şərq müttəfiqi ilə əlaqə saxlayıb, ABŞ-nin zərbələrdə iştirak etmədiyini və məqsədin hələ də İranı danışıqlar masasına qaytarmaq olduğunu etiraf edib”.

 

Adı açıqlanmayan ABŞ rəsmiləri Qriffinə bildiriblər ki, ABŞ son həftələrdə İsrailin Dəmir Qübbə raketdən müdafiə sistemi üçün raket arsenalını artırıb.
Bundan əvvəl İsrail hakimiyyəti İrana, o cümlədən ölkə daxilindəki nüvə obyektlərinə zərbələr endirdiyini açıqlamışdı. İran isə buna cavab olaraq dünən axşam İsrailə 160 ədəddən çox ballistik raket atıb. Bu raketlərin əksəriyyəti vurulub. Raketlərin zərərsizləşdirilməsində ABŞ-nin hava hücumundan müdafiə qüvvələrinin də iştirak etdiyi ehtimal olunur.


Firuzə Əliyeva
Sfera.az

Seçilən
25
sfera.az

1Mənbələr