"Əl-Nəsr"in baş məşqçisi Stefano Pioli tezliklə klubunu dəyişəcək.
90deqiqe.Az-ın məlumatına görə, italyan mütəxəssis hazırkı vəzifəsini tərk edərək "Fiorentina"ya rəhbərlik edəcək.
Qərar artıq verilib – yalnız gözlənilməz hallar vəziyyəti dəyişə bilər.
Məşqçi “bənövşəyilər”in sükanı arxasında əsas transfer hədəfini də müəyyənləşdirib: “Fənərbağça”dan ayrıldıqdan sonra azad agent statusu qazanan 39 yaşlı hücumçu Edin Dzekonu komandasında görmək istəyir.
Stefano Pioli ötən ilin sentyabrından “Əl-Nəsr”a rəhbərlik edir. O, bundan əvvəl “Milan”da baş məşqçi vəzifəsində çalışıb. Ər-Riyad təmsilçisinin yeni baş məşqçisi böyük ehtimalla sərfəli müqavilə təklifi almış Luçano Spalletti olacaq.