İran rəsmi olaraq ABŞ, Fransa və Böyük Britaniyaya İsrailə qarşı daha genişmiqyaslı zərbələr endirəcəyini bildirib.
Bu barədə “Report” İranın “Mehr News” agentliyinin məlumatına istinadən xəbər verir.
“İranın İsrailə zərbələrinin dəf edilməsində iştirak edən istənilən ölkə şərik hesab olunacaq. Bu dövlətin bütün regional bazaları, o cümlədən Fars körfəzi ölkələrindəki hərbi obyektləri, Fars körfəzi və Qırmızı dənizdəki gəmi və hərbi gəmiləri İran Silahlı Qüvvələrinin hədəfinə çevriləcək”, - məlumatda deyilir.