AZ

“ABŞ-da biznes, yoxsa yüksək maaşlı iş?” – ABŞ bankında çalışan azərbaycanlının təəssüratları

ABŞ-ın ən böyük banklarından birində çalışan azərbaycanlı Rəşad Mirzəyev orada yaşadığı təcrübələr və iş mühiti ilə bağlı fikirlərini bölüşüb.

News365.az xəbər verir ki, o, ABŞ-da yüksək maaşlar, sosial təminatlar və yaradılan şəraitin insanı biznes qurmaqdan çox, sabit iş mühitinə yönəltdiyini deyib.

"33-34 yaşa qədər öz şəxsi bizneslərim olub, amma heç vaxt kiminsə yanında işləməmişdim. Amma Amerikadakı maaşlara baxanda adam düşünür: bu qədər yüksək əməkhaqqı, üstəlik sığorta, uşaq baxımı dəstəyi və digər imkanlarla elə bir komfort zonası yaradılır ki, insan istər-istəməz sabit işə üstünlük verir", – deyə o bildirib.

Rəşad Mirzəyev əlavə edib ki, ABŞ-da insanlar tək maaşla belə rifah içində yaşaya bilirlər və bu da onları əlavə risklərə girmədən, rahat həyat tərzi seçməyə sövq edir.

Seçilən
25
news365.az

1Mənbələr