AZ

Dünya Kubokubun final mərhələsi Azərbaycanda keçiriləcək

İyunun 13-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının FIS-ə tam üzvlüyü qəbul edilib.

Futbolpress.az xəbər verir ki, bununla yanaşı, Azərbaycan Qış İdmanı Növləri Federasiyası tərəfindən 2026-cı ildə Moqul üzrə Dünya Kubokunun final mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan nəticəyə əsasən FIS tərəfindən yarışın “Şahdağ” Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2026-cı ilin 14-15 mart tarixlərində “Şahdağ” Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Seçilən
25
4
futbolpress.az

3Mənbələr