AZ

Azərbaycan hansı ölkələrdən papaya alır?

2025-ci ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan məhsullar arasında papaya meyvəsi də yer alıb.

Valyuta.az xəbər verir ki, hesabat dövrü ərzində Azərbaycana 40 kiloqram papaya gətirilib.

Papaya meyvəsinin idxalı üçün 0,26 min ABŞ dolları dəyərində xərc çəkilib.

Məlumata görə, adı çəkilən meyvə Şri-Lanka və Tailanddan idxal olunub.

Statistik mənbələrə görə, Şri-Lankadan 0,07 min ABŞ dolları dəyərində 10 kiloqram papaya idxal olunub. Bu ölkədən gətirilən 1 kiloqram papayanın qiyməti 7 dollar və ya 11,9 manat olub.

Əsas idxal Tailanddan olub. Belə ki, bu ölkədən hesabat dövrü ərzində 0,18 min ABŞ dolları dəyərində 30 kiloqram papaya gətirilib. Bu partiyada 1 kiloqram papayanın qiyməti 6 dollar və ya 10,2 manat təşkil edib.

Sərvanə Rəmixanova

Seçilən
14
valyuta.az

1Mənbələr