Qarabağda 58 şagird MƏZUN OLDU
Bu gün respublikamızın hər yerində olduğu kimi Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində də “Son zəng” tədbirləri keçirilib.
Demokrat.az xəbər verir ki, 2024-2025-ci tədris ilində Qarabağ Regional Təhsil İdarəsi üzrə 7 013, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən isə 58 şagird məzun olub.