AZ

Rusiya Azərbaycana təşəkkür etdi

İrandan təxliyə olunmalı 88 nəfərdən 56-sı artıq Azərbaycanın ərazisindədir. Onların arasında rejissor Fyodor Bondarçuk və onun çəkiliş qrupunun üzvləri də var.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Bakıdakı səfirliyi məlumat verib.

“Hazırda 88 nəfərdən 56-sı Azərbaycan Respublikasının ərazisindədir. Sərhəd keçidi davam edir”, – deyə səfirliyin mətbuat xidmətindən bildirilib.

Səfirlik Rusiya vətəndaşlarının təxliyəsi və onların oteldə yerləşdirilməsi üçün nəqliyyatın təşkili sahəsində göstərilən köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Seçilən
33
5
axar.az

6Mənbələr