AZ

"Klubun prezidenti ilə görüşmədən heç kimlə danışmayacam"

“Napoli”nin baş məşqçisi Antonio Konte sabiq komandası “Yuventus”a mümkün qayıdışı ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

Sportinfo.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, 2011-2014-cü illərdə Turin komandasına rəhbərlik etmiş italiyalı mütəxəssis yerli mediada yayılan iddiaların doğru olmadığını bildirib:

“Məni məyus edən əsas məsələ odur ki, mövsümün bitməsinə cəmi bir ay qalmış “Yuventus”a keçəcəyimlə bağlı söz-söhbətlər yayılırdı.

Hətta guya “Napoli”dən ayrılacağım haqqında fərziyyələr də var idi. Mənimlə əlaqə yaratmağa çalışan hər kəsə bildirmişdim ki, klubun prezidenti ilə görüşmədən heç kimlə danışmayacam”.

Konte “Napoli” rəhbərliyi ilə, xüsusən də, klub prezidenti Aurelio De Laurentislə görüşdən sonra komandada qalmağa qərar verib və müqaviləsini daha iki il müddətinə uzadıb.

Seçilən
12
sportinfo.az

1Mənbələr