AZ

Şuşa Bəyannaməsi ölkələrimiz arasında münasibətlərin yeni mərhələsidir - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-dəimzalanan “Şuşa Bəyannaməsi” ölkələrimizin sarsılmaz qardaşlığınıbütün dünyaya bildirən strateji mesajdır. Bu Bəyannamə faktikiolaraq iki qardaş ölkə arasında tarixi münasibətlərin yenimərhələsinin əsasını qoydu.

Bu sözləri Trend-əŞuşaBəyannaməsinin imzalanmasının 4-cü ildönümü ilə əlaqədar mətbuataverdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarovdeyib.

O bildirib ki, bu unikal tarixi sənəd Azərbaycan və Türkiyəninimkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsininəzərdə tutan münasibətlərə rəsmi xarakter vermiş oldu: “Mahiyyətetibarı ilə hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsizgələcəyinə hesablanmış Bəyannamə bu gün ölkələrimiz arasındakısiyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat,enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, orduquruculuğu və digər strateji sahələrdə müttəfiqlik əlaqələriniözündə əks etdirir və bütün bu sahələrdə keyfiyyətcə daha dərinmünasibətlərin təminatı kimi çıxış edir. Şuşa Bəyannaməsimüttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla,ölkələrimiz və xalqlarımız arasında qardaşlığın yeni tariximərhələsini açmış oldu. Bəyannamədə öz əksini tapmış mühümməqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı ölkələrimizin eynimövqelərdən çıxış etmələridir. Regional aspektdən Naxçıvanı ölkəninəsas ərazisi ilə birləşdirəcək bu dəhliz, əslində, qlobal miqyasdaböyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihəninhəyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edəbiləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə iləAzərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək.Beləliklə, bir mənalı olaraq demək lazımdır ki, Zəngəzur dəhliziqlobal miqyasda geosiyasi əhəmiyyətə malik olan nəqliyyatlayihəsidir”.

Fikirlərini davam etdirən Kamaləddin Qafarov Şuşa Bəyannaməsininhəmçinin regional sülhü təmin edən mühüm tarixi sənəd olduğunuxüsusi vurğulayıb: “Birmənalı olaraq qeyd etmək lazımdır ki,müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardımməsələlərinin Bəyannamədə əks olunması böyük tarixi nailiyyətdir.Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyi üçün birgəfəaliyyət göstərəcək, müdafiə sənayesi sahəsində əlaqələrininkişafı isə həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətiniartıracaqdır. Bu baxımdan Şuşa Bəyannaməsinin bütün Cənubi Qafqazregionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış etməsidə heç bir şübhə doğurmur. Artıq Türkiyə və Azərbaycan sadəcə dostvə qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir.Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsiölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığındərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmətedir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücününartmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha damöhkəmlənməsini şərtləndirir”.

Məqalədə:
Seçilən
3
16
az.trend.az

10Mənbələr