“İran İsrailə hücumlarını gücləndirəcək və onu müdafiə etməyə cəhd edən istənilən ölkənin bazalarına hücum etməyə hazır olacaq”.
Herbiand.az xəbər verir ki, bunu “CNN”ə açıqlamasında yüksək çinli İran məmuru bildirib.
“İsraili İranın əməliyyatlarından müdafiə etməyə cəhd edən istənilən ölkə öz növbəsində regional bazalarının və mövqelərinin yeni hədəfə çevrildiyini görəcəklər”.