AZ

Bəzi rayonlara yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Azərbaycanda iyunun 14-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Aznews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Şəkidə 22, Ağstafa və Zaqatalada 21, Sarıbaşda (Qax) 14, Şəmkirdə 9, Bərdədə 6, Balakəndə 5, Gəncə, Goranboy, Tovuz və Gədəbəydə 4, Daşkəsən və Göygöldə 2, Mingəçevir, Yevlax, Şahdağ, Ceyrançöl, Naftalan, Şahbuz, Ordubad və Qəbələdə 1 mm-dir.

İyunun 13-də 20:50 radələrində Ağstafa rayonunun Köçəsgər kəndinə xırda dolu düşüb.

Seçilən
46
39
aznews.az

10Mənbələr