AZ

Qızıl Avropa Liqası: Millimiz  bu gün növbəti matçına çıxacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, yığma Xorvatiyada Rumıniya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqro və Xorvatiyaya isə 1:3 hesabı ilə uduzub.

Seçilən
31
4
bakivaxti.az

7Mənbələr