AZ

İran XİN: ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb

İran hesab edir ki, İsrailin hücumundan sonra Vaşinqton və Tehran arasında İran nüvə proqramı ətrafında böhranın həlli üzrə danışıqlar mənasızlaşıb.

Aznews.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Esmail Baqai bildirib.

“Qarşı tərəf (ABŞ – red.) elə davranırdı ki, dialoq mənasız oldu. Danışıqlara hazır olduğunu bəyan edib, eyni zamanda sionist rejiminin İran ərazisinə zərbələr endirməsinə imkan verərək əməliyyatları koordinasiya etmək olmaz”, – agentlik diplomatdan sitat gətirib.

Xatırladaq ki, Tehran nüvə proqramı üzrə Amerika – İran danışıqlarının beşinci raundu mayın 23-də Romada keçirilib. Müzakirələrin nəticələrinə görə, danışıq prosesində vasitəçi funksiyasını yerinə yetirən Oman xarici işlər naziri Badr əl-Busaidi ABŞ və İranın “müəyyən, lakin yekun olmayan irəliləyişə” nail olduğunu bildirib.

Seçilən
6
40
aznews.az

10Mənbələr