AZ

İsraili qoruyacaq istənilən ölkə vurulacaq! - İrandan təhdid

İran İsrailə qarşı hücumlarını gücləndirəcək və onu qorumağa çalışan hər hansı ölkənin regional bazalarını hədəfə alacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalına yüksəkrütbəli İran rəsmisi bildirib.

“İran beynəlxalq hüquqa uyğun olaraq bu rejimə (İsrailə – red.) qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır. İranın əməliyyatlarından rejimi qorumağa çalışan hər hansı ölkə öz növbəsində regional bazalarının və mövqelərinin yeni hədəflərə çevrildiyini görəcək”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl İranın BMT-dəki daimi nümayəndəsi ABŞ-ın İran ərazisinə İsrail zərbələrində iştirak etdiyini bildirmişdi.

Seçilən
16
7
axar.az

8Mənbələr