AZ

Diallo “Qızıl top”a namizədini açıqladı

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo mövsümün “Qızıl top” mükafatına namizədini açıqlayıb.

Arena.az “Get French Football News” dərgisinə istinadən, məlumat verir ki, Diallo PSJ-nin 28 yaşlı fransalı sağ cinah hücumçusu Usman Demele və “Real”ın 26 yaşlı fransalı mərkəz hücumçusu Kilian Mbappe arasında seçim edib:

“Güman ki, onlardan biri favoritdir. Usman Dembele təsirli mövsüm keçirib. Mən, Fransanın, ən azı fəxri pillədə yer almalı olan iki belə oyunçusu olduğuna, Dembelenin isə müvafiq qənimətə layiq olduğuna şadam”, deyə Diallo vurğulayıb.

Əlavə edək ki, əksər nəşrlər mövsümün “Qızıl top”una məhz Usman Dembeleni layiq görürlər.

Xatırladaq ki, “Qızıl top”un təqdimat mərasimi cari ilin sentyabr ayına təyin edilib. Namizədlərin adları isə avqust ayında rəsmən bəyan ediləcək.

“Qızıl top” ən çox argentinalı hücumçu Lionel Messiyə təqdim edilib – 8 dəfə.

Nüfuzlu mükafatın son qalibi isə “Mançester Siti”nin ispan dayaq yarmmüdafiəçisi Rodridir.

Seçilən
47
arena.az

1Mənbələr