AZ

Şəmkirdə kanalda batan şəxslərin meyiti sudan çıxarılır

  Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Mehrili kəndində Şəmkirçay su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Referans-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.  

Seçilən
15
6
referans.az

10Mənbələr