AZ

Xamenei orduya yeni komandan təyin etdi

General Əmir Hatəmi İran ordusunun komandanı təyin olunub.

Sitat.info xəbər verir ki, bu barədə İranın ali dini lideri Seyid Əli Xamenei fərman imzalayıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid də daxil olmaqla, bir çox general və nüvə alimləri öldürülüb.

Seçilən
71
50
sitat.info

10Mənbələr