AZ

İsrailin Şərqi Azərbaycan ostanına endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb

İranın Şərqi Azərbaycan vilayətində İsrailin endirdiyi zərbələr nəticəsində azı 18 nəfər həlak olub.
 
Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
 
Məlumata görə, daha 35 nəfər yaralanıb.
 
Qeyd olunur ki, İsrail qüvvələri əyalətdəki bir neçə hədəfə, o cümlədən Təbriz şəhəri yaxınlığında ən azı 7 hədəfə hücum edib.
 
Əyalətdə vəziyyətin stabil olduğu, infrastruktur obyektlərinin normal fəaliyyət göstərdiyi, əhaliyə xidmətin fasiləsiz olaraq davam etdiyi vurğulanır.
Seçilən
61
1
moderator.az

9Mənbələr