İtaliyanın "Yuventus" klubu baş məşqçi İqor Tüdorla yola davam edəcək.
Bizim.Media xəbər verir ki, A Seriyası təmsilçisi nəhəngi xorvatiyalı mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
47 yaşlı məşqçi 2027-ci ilin yayına kimi Turin klubunu çalışdıracaq.
Qeyd edək ki, İqor Tüdor bu ilin mart ayında "Yuventus"un baş məşqçisi təyin olunub. "Ağ-qaralar" A Seriyasını 4-cü yerdə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta