AZ

"Son selfi"...


Hindistanda təyyarə qəzasında həyatını itirən Pratik Coşi və ailəsinin taleyi dünya mediasının gündəminə çevrilib. 

News24.az xəbər verir ki, Həkim Pratik Coşi 6 ildir Londonda çalışırdı.İllərdir həyat yoldaşı və uşaqları üçün viza və yaşayış icazəsi almaq üçün çalışan Coşi və yoldaşı 3 uşağı ilə birlikdə Londona gedərkən son selfilərini çəkib yeni bir başlanğıca addım adıqlarını bildiriblər.

Lakin mindikləri Boeing 787-8 təyyarəsi yüksəlişdən bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Pratik və ailəsi qəzada həyatını itirib. Bu hadisə və foto internetdə “smiling selfie”, son selfi kimi başlıqlarla virallaşıb./unikal

Seçilən
30
1
news24.az

2Mənbələr