AZ

Aytəkin Alxaslı yenə yıxıldı Bu dəfə qoyunların hücumuna MƏRUZ QALDI (VİDEO)

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çəkiliş zamanı at, sonra skuterdən yıxılan tanınmış jurnalist, Bizim.Media-nın Şimal bürosunun əməkdaşı Aytəkin Alxaslı bu dəfə qoyunların hücumuna məruz qalıb.Belə ki, Xaçmazda ət kəsimi, ətin keyfiyyəti ilə bağlı reportaj hazırlayan jurnalistə Beyləqandan və Ağcabədidən Xaçmaza gətirilən qoyun sürüsü hücum edərək onu yerə yıxıb. Nəticədə jurnalist başından və qolundan xəsarətlər alıb. Aytəkin Alxaslı başından və qolundan yüngül xəsarətlər alıb.  Xatırladaq ki, bir neçə il öncə Qusar rayonunda sərhəd zastavalarının açılışı zamanı jurnalist sərhəd zastavasının skuterini sınaqdan keçirmək üçün sükan arxasına keçib. Lakin telejurnalist qarlı havada sürəti tənzimləyə bilməyərək maneəyə çırpılıb və skuterdən yıxılıb.

O, daha öncə də reportaj hazırlayarkən atdan da yıxılmışdı. Bizim.Media bununla bağlı görüntüləri təqdim edir: 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
10
demokrat.az

10Mənbələr