AZ

Polis maşınları satışa çıxarıldı – 50 faiz endirimlə

İyulun 29-da Əmlak Xidmətləri Məkanında 12 ədəd BMW markalı avtomobil hərraca çıxarılacaq.

Avtosfer.az-ın məlumatına görə, bu nəqliyyat vasitələri əvvəllər keçirilmiş satışda alıcı tapmadığı üçün artıq 5-ci dəfə 50 faiz endirimlə satışa təqdim olunur.

Hərraca çıxarılan bəzi avtomobillər:

- BMW 328I (2013–2014-cü illər), dövlət nömrə nişanları: 77AP620, 77AP630, 77AP214, 77AP690 və s.

- BMW 535I (2014-cü il), dövlət nömrə nişanları: 77YC655 və 77AP731

12 ədəd birgə satışa çıxarılan avtomobillərin ən yüksək start qiyməti – 45 000 manat, beh isə 10% olmaqla 4 500 manatdır.

Əmlakla öncədən tanış olmaq istəyənlər üçün bu imkan əlaqəli şəxs tərəfindən yaradılır.

Ətraflı məlumatı auksion.gov.az saytından və ya (012) 311-01-60 (daxili: 1758, 1709, 1706, 1705) telefon nömrələrindən əldə etmək mümkündür.

Seçilən
45
4
avtosfer.az

5Mənbələr