AZ

Milli pley-offa yüksəldi - “Davis Cup”

Tennis millimiz Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup” turnirində daha bir qələbə qazanıb.

"Football-plus.az" xəbər verir ki, ölkəmizi yarışda təmsil edən Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimovdan ibarət yığma turnirin pley-off mərhələsinə yüksəlib. Tamerlan Əzizov Filippo Tommesanini, Kənan Qasımov isə Marko De Rossini üstələyib.

Yığma 2 turdan sonra komanda hesabında maksimum nəticə ilə qrup 1-cisi kimi pley-offa yüksəlib.

Qeyd edək ki, yığma ilk turda Andorraya qalib gəlib.

Seçilən
71
15
football-plus.az

10Mənbələr