Bakı, 13 iyun, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyunun 20-də saat 11:00-da Sabirabad rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən bildirilib.
Qəbulda Sabirabad, Saatlı və İmişli rayon sakinlərinin müraciətlərinə baxılacaq.