AZ

Fövqəladə Hallar Nazirliyi Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi tərəfindən 15 İyun – Milli QurtuluşGünü münasibətilə tədbir keçirilib.

Trend xəbər verir ki,tədbirdə Nazirliyin məsul şəxsləri, Azərbaycan Respublikasının xalqartisti Məbud Məhərrəmov, “Nərimanfilm” kinostudiyasının direktoru,“Doğma torpaq” filminin baş prodüseri Nəriman Məmmədov və filminyaradıcı heyətinin digər üzvləri, FHN Akademiyasınınprofessor-müəllim heyəti və kursantları iştirak ediblər.

Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələriqoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yadedilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi ilə başlayıb.

Daha sonra tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün tarixiəhəmiyyətindən bəhs edib, Ümummilli Lider Heydər Əliyevin misilsizxilaskarlıq missiyasından söz açıblar. Bildirilib ki,müstəqilliyimizin ilk illərində dövlət idarəetməsindəkisəriştəsizlik nəticəsində ölkədə xaos və dərin böhran hökm sürmüş,gənc respublikamız məhv olmaq təhülükəsi ilə üz-üzə qalmışdı. Beləbir ağır şəraitdə xalqın təkidli çağırışlarına cavab olaraq UluÖndər Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıyaqayıtması Azərbaycan tarixinin həlledici dönüş nöqtəsi oldu.Ölkəmizi parçalanmaqdan, vətəndaş qarşıdurmasından, anarxiyadanxilas edən Dahi Rəhbərin çoxşaxəli fəaliyyəti nəticəsindəAzərbaycan dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzugündən-günə artan bir dövlətə çevrildi.

Həmçinin, vurğulanıb ki, Ulu Öndərin mütərəqqi siyasətiPrezident, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindənuğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Ermənistanın 30ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımızMüzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə şanlı Ordumuztərəfindən cəmi 44 gün ərzində azad edildi, eyni zamanda, həyatakeçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsindəsuverenliyimiz tam bərpa olundu. Beləliklə, Ulu Öndərin ən ümdəvəsiyyəti şərəflə yerinə yetirildi, xalqımız öz dədə-babayurdlarına qovuşdu, Xocalı və digər faciələrimizin günahkarları özlayiqli cəzalarını aldı.

Sonda “Nərimanfilm” kinostudiyasının ərsəyə gətirdiyi “Doğmatorpaq” filmi izlənilib.

Fövqəladə
Fövqəladə
Fövqəladə
Fövqəladə
Fövqəladə
Seçilən
1
4
az.trend.az

6Mənbələr