ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Leykers”in və “Dallas”ın sabiq basketbolçusu Lamar Odomun qalmağa yeri yoxdu. Bu haqda xəbəri “New York Post” yayıb. Nəşrin iddiasına görə, 45 yaşlı amerikalı Los-Ancelesdə icarəyə götürdüyü evin pulunu verə bilmədiyindən küçəyə atılıb. Bundan başqa, evin sahibi üçaylıq kirayə haqqını (45 min dollar) ödəməyən Odomu məhkəməyə verib.Odom ikiqat MBA çempionu (2009, 2010), Afina Olimpiadasının bürünc medalçısı və 2010-cu ildə keçirilən dünya çempionatının qalibidi. 2014-cü ildə peşəkar karyerasını bitirən basketbolçu sonrakı müddətdə dəfələrlə asılılıqdan müalicə kursu alıb. 2015-ci ildə yasaq maddələrin qəbulu üzündən hətta kliniki ölüm də keçirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.