AZ

Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı açıqlanıb

Bakı. Trend:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə MacarıstanınXarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış 2024–2026-cıillər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıqhaqqında Anlaşma Memorandumuna əsasən 130 nəfər Azərbaycanvətəndaşı 2025/2026-cı tədris ili üzrə Macarıstanın 15 nüfuzluuniversitetində təhsil almaq imkanı əldə edib.

Trend bu barədə Elm və TəhsilNazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, Macarıstan tərəfinin yekun qərarına əsasən təqaüdproqramı çərçivəsində seçilmiş namizədlərdən 9 nəfəri bakalavriat,106 nəfəri magistratura, 15 nəfəri isə doktorantura səviyyəsi üzrətəhsil alacaq.

"Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik,informasiya texnologiyaları, təbiət elmləri, turizm, beynəlxalqmünasibətlər, təhsil və davamlı inkişaf kimi müxtəlif ixtisasistiqamətləri üzrə təhsil alacaqlar.
Təqaüdə layiq görülən namizədlər əsasən “Eötvös Loránd University”,“Budapest University of Technology and Economics”, “CorvinusUniversity of Budapest”, “University of Debrecen”, “BudapestUniversity of Economics and Business”, “Óbuda University” və digərnüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıblar",məlumatda qeyd edilib.

Seçilən
16
5
az.trend.az

2Mənbələr